Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon Gənclər Mərkəzində “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” tədbiri

28 dekabr 2018 | 16:00

28 dekabr Qobustan rayon Gənclər Mərkəzində “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il”     tədbiri keçirildi.
  Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədov, aparatın işçiləri, rayonun idarə-müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ümumtəhsil müəssisələrinin, uşaq bağçalarının  kollektivləri və rayon əhalisi iştirak etdilər.  Rayon  İcra Hakimiyyəti başçısı cənab Adil Məmmədov tədbirdə çıxış edərək ötən 2018-ci ildə rayonumuzda  aparılan  sosial-iqtisadi inkişafdan danışdı, qarşıdakı 2019-cı ildə görüləcək işlər  barədə ətraflı məlumat verdi. Cənab Adil Məmmədov  vurğuladı ki, bu inkişaf  Respublikamızın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və dəstəyi sayəsində bundan sonra da davam etdiriləcəkdir. Rayonun rəhbəri bütün qobustaqnlıları “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” bayramı münasibətilə təbrik edərək ən xoş arzularını bildirdi.
    Rayonun tanınmış incəsənət xadimlərinin ifasında musiqilər, ifalar səsləndirildi.Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olundu.

 

 

Keçidlər