Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətənimizi qoruyaq”

16 yanvar 2019 | 16:00

     Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qobustan rayonu Çalov kənd  məscidində “Vətən sevgisi imandandır” adlı layihə çərçivəsində “Vətənimizi qoruyaq”   mövzusunda   maarifləndirici tədbir keçirilib.
      Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirnin müavini - dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov,     Qobustan RİH Başçısının Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Rahib Mehdiyev, Çalov kənd məscidi dini icmasının sədri Həqiqət Rəcəbov, Cəyirli kəndi “İmam Zaman” məscidi dini icmasının sədri Məzahir Axundov, Xilmilli kəndi “İmam Zaman” məscidi dini icmasının sədri Mehralı Muradov və kənd ictimaiyyəti iştirak edib.
     Tədbiri giriş sözü ilə açan Qobustan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirnin müavini - dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov vətəni qorumağın hər bir azərbaycanlı üçün şərəfli bir missiya olmasından, vətən uğrunda canından keçənlərin heç bir zaman unudulmayacaqlarından danışmışdır. O, həmçinin qeyd etmişdir ki, son dövrlərdə radikal cərəyanların apardığı yanlış və qərəzli təbliğat nəticəsində bu cəryanlara cəlb edilmişlər üçün vətən anlayışı arxa plana keçmişdir. Odur ki, tədbir iştirakçılarının belə radikal cəryanlara qarşı mübariz olmasının vacibliyini vurğulamışdır.
     Tədbirdə çıxış edən DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov  son illərdə yad ideolgiyaların cəmiyyətimizdə vətənpərvərlik hisslərinin, milli-mənəvi dəyərlərimizə bağlılığın azalmasına yönəlmiştəbliğatından danışmış və belə hallara qarşı maarifləndirici tədbirlərin vacibliyini qeyd etmişdir.
      Daha sonra çıxış edən Çalov kənd məscidi dini icmasının sədri Həqiqət Rəcəbov, Məzahir Axundov və digərləri  vətən sevgisinin milli-mənəvi məsələ olmasından, vətən uğrunda canından keçənlərin xalqımızın xatirəsində əbədi yaşayacağından bəhs ediblər.
      Sonda tədbir iştirakçıarını maraqlandıran suallar cavabandırılıb.

Keçidlər