Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətənpərvərlik və gənclik”

05 fevral 2019 | 16:00

Fevralin 5-də Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Qobustan rayonu Çalov kənd  məscidində “Vətən sevgisi imandandır” adlı layihə çərçivəsində  “Vətənpərvərlik və gənclik”  mövzusunda   maarifləndirici tədbir keçirilib.
    Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirnin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Qobustan RİH Başçısının Çalov və Cəyirli kəndləri inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rahib Mehdiyev, Qobustan rayonu Çalov kənd məscidi dini icmasının sədri Həqiqət Rəcəbov, Xilmilli kəndi məscidi dini icmasının sədri Mehralı Muradov, Cəyirli kənd məscidi dini icmasının sədri M.Axundov və kənd ictimaiyyəti iştirak edib.

      Çıxışlar zamanı milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında gənclərin üzərinə mühüm vəzifələr düşdüyü vurğulanıb. Ölkəmizdə dövlətin gənclərə yüksək diqqət və qayğısından, mənəvi dəyərlərimizin təbliği sahəsində mühüm tədbirlərin görülməsindən bəhs edilərək, Ulu Öndər Heydər Əliyevin və Cənab Prezident İlham Əliyevin bu sahədəki xidmətləri diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçıarını maraqlandıran suallar cavabandırılıb.

Keçidlər