Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətənə məhəbbət məktəbdən başlanır”

22 fevral 2019 | 16:00


“Vətənə  məhəbbət  məktəbdən  başlanır”   (Heydər Əliyev)

      Aydın  Ağaverdiyev  öz  ağılı, zəkası  ilə, eyni  zamanda  müəllimlərinə  göstərdiyi  hörmət  və  ehtirama  görə  aşağı  siniflərdən  müəllimlərinin  diqqətini  cəlb  etmişdir. Zəhmətkeş  müəllimənin  əməyi  hədər  getmədi. Aydın  2015 -2016 – cı  tədris  illərində  Respublikamızda  keçirilən  tarix  fənni  üzrə  olimpiadada  I  yeri  tutaraq  ilk  dəfə  Qobustan  rayonuna  qızıl  medal  gətirdi. Qeyd  edək  ki, Aydın  bununla  kifayətlənmədi. 2016 – 2017 – ci  tədris  illərində  də  növbəti  dəfə  I  yeri tutaraq, obamıza  qələbə  ilə  qayıtdı. 2017 – 2018 – ci  tədris  illərində  yenə  də  tarix  fənni  üzrə  keçirilən  respublika  olimpiadasında  II  yeri  tutaraq  məktəbimizin  adını  bir  daha  yüksəklərə  qaldırdı. Aydının  uğurlarını  saymaqla  qurtarmaq  olmaz. O, həm  rayonda, həm də  respublikada  keçirilən  “İntellektual  oyunlar”da , “Bilik  yarışları”nda  xüsusi  fərqlənmişdir. Aydın  təkcə  tarix  fənnini  deyil, digər  fənləri  də  eyni  səviyyədə  oxuyurdu. Hörmətli  prezidentimiz  zəhmətkeş müəllimlərimizin  əməyini  yüksək  səviyyədə  dəyərləndirdi. Onları  “Tərəqqi”  medalı  ilə  təltif  etdi.

      Orta  məktəbi  “Xüsusi  nümunəli  attestat”  ilə  başa  vurub  Aydın  Prezident  yanında  Dövlət  İdarəçilik  Akademiyasının  tələbəsi  kimi  əziz  müəllimləri  ilə  görüşə  gəlib. Elmə, oxumağa, təhsilə  böyük  önəm  verən  qədirbilən  dövlətimiz  bu  istedadlı gənci “Təhsildə  xüsusi  nailliyyətinə  görə”  qızıl  medalla  qiymətləndirdi. Medalın təqdimatı üçün möhtəşəm tədbir hazırlanmışdır. Tədbirdə  kənd  sakinlərindən, müəllim  və  şagirdlərdən  əlavə  Qobustan rayon Təhsil  Şöbəsinin  müdiri  Füzuli  Gülalıyev, aparıcı  məsləhətçi  Kənan  Rəhimli  və  baş  metodist  Mahir  Soltanov  da  dəvət  olunmuşdu. İlk  olaraq  tədbiri  Ziya  müəllim açdı. O, Aydın  barədə  öz  ürək  sözlərini  deyib, sözü  Füzuli  müəllimə  verdi. Qızıl  medalı  şəxsən  təqdim  edən  Füzuli  müəllim  Aydın  haqqındakı  təəssüratlarını  tədbir  iştirakçıları  ilə  xüsusi  coşqunluqla  bölüşdü.

     Tədbirdə  Ağaverdiyevlərin  yaxın  qohumu  Publisist  yazar  Telman  müəllimdə  şəxsi  kitabında  qeyd  etdiyi  ürək  sözlərini  deyib  hamıya  təşəkkür  etdi.

Keçidlər