Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq”

15 mart 2019 | 16:00

15.03.2019-cı il tarixdə Prezident İlham Əliyevin tapşırığına əsasən Qobustan rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyaların növbəti mərhələsinə start verilib. Layihə üzrə tərtib olunan səfər proqramına əsasən martın 15-də Qobustan rayonunun 30 məktəbindən 40 nəfərlik qrup Lənkəran şəhərinə yola salınıb. Rayon rəhbərliyinin, təhsil işçilərinin, valideynlərin iştirak etdikləri yolasalma mərasimindən əvvəl tur-aksiya iştirakçıları şəhərin mərkəzindəki parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.               
    Yolasalma mərasimində çıxış edən rayon İcra hakimiyyəti başçısının müavini Təranə Güləliyeva çıxış edərək qeyd etdi ki, bu tur-aksiyası Azərbaycanın bir parçası olan Lənkəran, Masallı və Astara şəhərləri , onların  zəngin tarixi, bu günü barədə geniş bilgilər əldə etməyə imkan verəcək. Tur-aksiyanın əhəmiyyətindən, məktəblilərin vətənpərvərlik tərbiyəsindəki rolundan danışdı. Qeyd olunub ki, səfər çərçivəsində şagirdlər Lənkəranda  Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı və Gənclər Mərkəzi ilə tanış olacaq, Hirkan Milli Parkına və Xanbulan gölünə ekskursiya edəcək,”Qoşa Qala” qapılarına, Həzi Aslanovun ev muzeyinə, Dairəvi qalaya, Mayak binasına baxış keçirəcəklər.
    Sonra Masallı rayonuna yoladüşmə olacaq. Tur-aksiya iştirakçıları Masallı şəhərində Heydər Əliyev Mərkəzində, Tarix-diyarşünaslıq Heydər Əliyev parkında, Uşaq İncəsənət məktəbində, Bayraq Meydanında, Dövlət Rəmzləri muzeyində, Olimpiya İdman Kompleksində, ASAN həyat kompleksində və Viləşçay su anbarlarında olacaqlar.
Məktəblilər Astara şəhəri ilə də tanış olacaqlar. Astara şəhərində Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə baxış keçirəcək, Bulvara, ”Yanar Bulağ”a ekskursiya edəcək,Astara çay fabriki ilə tanış olacağlar.
    Sonra AHT sədri Ənvər Qayıbov və Təhsil şöbəsinin müdiri Füzuli Gülaliyev çıxış edərək bildiriblər ki, “Tur-aksiya çərçivəsində şagirdlər nəinki olacaqları rayonlar barədə ətraflı məlumatlandırılacaq, habelə onların gözəl istirahəti üçün də hər cür şərait nəzərdə tutulub.   Hər şeydən əvvəl uşaqlara qayğıdan, onların vətənpərvər ruhda tərbiyəsinə göstərilən diqqətdən irəli gələn bu təşəbbüsə görə Prezident İlham Əliyevə minnətdarıq”.

 

 

Keçidlər