Şriftin ölçüsü :

Saytın rəngi :

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qobustan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

30 mart 2019 | 16:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qobustan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

Aksiya Bakı-Qobustan-Şamaxı magistral yolunun 94-95 km-də, Qobustanın rayonu ərazisində baş tutub.

Ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, könüllülər, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.

Ümumilikdə 3500-dən çox eldar şamı, həmişə yaşıl ağaclar və gül kolları əkilib. Ağaclara aqrotexniki qulluq göstərilib və suvarılıb. Bu cür aksiyaları keçirməkdə məqsəd rayon ərazisində yeni meşə zolaqlarının salınması və ekoloji tarazlığın qorunmasıdır.

Keçidlər