Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlik- Vətənpərvərliyin ən ali məqamıdır.

05 aprel 2019 | 16:00

2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.Bu ucalığa yüksələnlərin  ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Azərbaycan torpaqları erməni daşnaklarının təcavüzünə məruz qalandan bu günə kimi xalqımızın vətənpərvər övladları, yaşından asılı olmayaraq, ana Vətənin harayına səs verdi - ölümün gözünə dik baxdılar!  Belə şərəfli ömür sahiblərindən biri də həmyerlimiz, Müstəcəbov Orxan Ələsgər oğludur.  Orxan rayonun  Bədəlli kəndində anadan olmuş, orta məktəbi də burada bitirmişdir. 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsindən hərbi xidmətə yola düşmüşdür. Hərbi xidmətdə olarkən dəfələrlə komandanlıq tərəfindən fəxri fərmanla, təşəkkürnamə ilə təltif edilən Orxan zabitlik kursunu da müvəffəqiyyətlə başa vuraraq  ixtisası üzrə fəaliyyət göstərirdi.

2016 -ci il aprel ayının 2-də  Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törədərək təmas xəttində yerləşən mövqelərimizə hücum çəkdi, yaşayış məntəqələrimizi atəşə tutdu.  Amma çox böyük qürurla deyə bilərik ki, Azərbaycan ordusu  düşmənə sarsıdıcı zərbələr  vurdu. Ordumuz nəinki təxribatın qarşısını ala bildi, eyni zamanda daha əlverişli hərbi mövqeləri ələ keçirdi  və təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Aparılan hərbi əməliyyat nəticəsində böyük hərbi qələbələr qazandıq.  Lakin, bu qələbə təbii ki, bizə itkisiz  başa gəlmədi. Döyüş zamanı hərbiçilərimiz və mülki şəxslər qəhrəmancasına həlak oldular. Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanlar içərisində həmyerlimiz Müstəcəbov Orxan Ələsgər oğlu  da var idi. Bu gün Şəhidmizin məzarını Qobustan Rayon İcra Hakimiyyəti nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, eləcə də kənd sakinləri və rayon ictimaiyyəti də iştirak edirdilər.

   Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Güləliyeva çıxış edərək bildirdi ki, torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu zirvəyə ucalanlar isə heç zaman ölmürlər. Allahın insanlara göndərdiyi müqəddəs “Qurani-Kərim”də buyurulur: “Şəhidlərə ölü deməyin, onlar diridirlər və Allahın nemətləri ilə faydalanırlar, ancaq siz bunu bilmirsiniz”. Şəhidlik ölümlərin ən şərəflisidir.
Şəhidi olmayan xalq torpaq məhəbbətindən, yurd sevgisindən məhrumdur. Şəhidi olmayan xalqın mənliyi, kimliyi bilinməz, azadlığı qanı ilə, canı ilə qazanmayan xalq hər vaxt kölə kimi gözüqıpıq, həyəcan içində yaşayar.

 

Keçidlər