Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov İlanlı kənd sakinləri ilə səyyar görüş keçirdi.

26 aprel 2019 | 16:00

    Kənd əhalisi əsasən heyvandarlıq və əkinçiliklə məşğuldur. Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədov kənd sakinlərinin problemlərini, təklif və istəklərini dinləmək üçün 26 aprel 2019-ci il tarixdə İlanlı kəndində səyyar görüş-qəbul keçirmişdir. Görüşdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin işçisi Qalib Əsgərov da iştirak etmişdir. Tədbiri giriş nitqi ilə açan İƏD üzrə nümayəndə Qalib Xəlilov gələn qonaqları salamlayaraq rayonumuzda aparılan abadlıq-quruculuq işlərinə görə ölkə prezdenti cənab İlham Əliyevə kənd sakinləri adından təşəkkür etdi. Sonra RİH-nin başçısı Adil Məmmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qobustan rayonuna səfərləri, dövlətimizin, və dövlət rəhbərinin rayonumuza diqqəti və qayğısı barədə sakinlərə məlumat verib. RİH başçısı bildirib ki, çoxsaylı sosial, istehsal, emal, infrastruktur obyektlərinin, yeni yolların açılışı, səfərdən sonra cənab Prezidentin qəbul etdiyi sərəncamlar Qobustan rayonunun geniş miqyasda, çoxistiqamətli inkişafı üçün möhkəm əsas yaradır. Hər bir inzibati ərazi dairəsi, hər bir kənd, hər bir rayon sakini qarşıya qoyulmuş vəzifələrin, yeni layihələrin həyata keçirilməsi üçün fədakarlıqla çalışmalıdır.
   İcra hakimiyyətinin başçısı daha sonra kəndin həlli vacib problemlərindən və onların həlli yollarından danışıb. Qeyd edib ki, Vətəndaşlar hər bir addımda, hər bir fəaliyyət istiqamətində qanunçuluğa riayət etməli, xüsusilə də torpaqlardan  istifadə, tikinti məsələlərində, enerji resurslarından istifadədə diqqətli olmalıdırlar. Görüş zamanı vətəndaşlar kəndə gələn 3 km-lik  yolun asfaltlanması, kənd daxili elektrik dirəklərinin təmir olunması və kənd daxili 0.5 km-lik yolun çınqıl olunması ilə bağlı müraciət etmişlər. RİH başçısı qaldırılan məsələlənin həlli ilə bağlı aidiyyatı üzrə idarə-müəssisə rəhbərlərinə tapşırıqlarını verib.

 

Keçidlər