Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonu Xilmilli kəndində Pasxa bayramı ilə bağlı tədbir keçirilib.

29 aprel 2019 | 16:00

Qobustan rayonu Xilmilli kəndində Pasxa bayramı ilə bağlı tədbir keçirilib.
      

28 aprel 2019-cu ildə Qobustan rayonu İcra Hakimiyyətinin, Qobustan rayon İcra Hakimiyyəti başçısının Xilmilli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin və Xilmilli kənd “Molokan ruhani-xristian” dini icmasının birgə təşkilatçılığı ilə Xilmilli kəndində Pasxa bayramı ilə bağlı tədbir keçirilib.
       Tədbirdə Qobustan rayon İcra hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Dini Qurumlarla İş Üzrə Dövlət komitəsinin Şamaxı bölgəsi üzrə əməkdaşı Cavid Əhmədov, Xilmilli kənd ƏİD üzrə nümayəndəsi Adil Bayramov, Xilmilli kənd bələdiyyəsinin sədri Namik Mirzəyev, Çalov kənd məscidinin imamı Həqiqət Rəcəbov, Cəyirli kənd məscidinin imamı Məzahir Axundov,Xilmilli kənd “Molokan ruhani-xristian” dini icmasının və Xilmilli kənd məscidi dini icmasının üzvləri iştirak ediblər.
       Tədbiri giriş sözü ilə açan QİH başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov “Molokan ruhani-xristian” dini icmasının üzvlərini Qobustan rayonu İcra hakimiyyəti başçısı və rayon ictimaiyyəti adından təbrik etmişdir. A.Şikarov çıxışında ölkəmizdəki multikultural, tolerant mühitdən və bu sahəyə ölkə Prezidentinin, həmçinin rayon rəhbərliyinin diqqət və qayğısından danışmışdır.
       Xilmilli kənd ƏİD üzrə nümayəndəsi Adil Bayramov, Dini Qurumlarla İş Üzrə Dövlət komitəsinin Şamaxı bölgəsi üzrə əməkdaşı Cavid Əhmədov, Çalov kənd məscidinin imamı Həqiqət Rəcəbov, Cəyirli kənd məscidinin imamı Məzahir Axundov və Xilmilli kənd məscidinin imamı Mehralı Muradov “Molokan ruhani-xristian” dini icmasının üzvlərini Bayram münasibəti ilə təbrik etmiş, rayonumuzda dinlərarası, millətlərarası münasibətlərin yüksək qarşılıqlı dostluq şəraitində olduğunu vurğulamışdır.
        Xilmilli “Molokan ruhani-xristian” dini icmasının sədri Yekaterina Tsapleva və din xadimi Fyodor Raxmanin göstərilən qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirdilər.

 

Keçidlər