Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda 2019-ci ilin 1-ci rübündə sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrlərə dair hesabat yığıncağı keçirildi.

14 may 2019 | 16:00

14 may 2019-ci il tarixdə keçirilən hesabat yığıncağında prezdent cənab İlham Əliyevin rayonumuza səfəri haqqında video çarx təqdim olundu Sonra rayon icra hakimiyyətinin başçısı Adil Məmmədovun məruzəsi dinlənilib, çıxışlar olub. Vurğulanıb ki, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, rayonda kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı, sosial layihələrin icrası istiqamətində ciddi tədbirlər görülüb və uğurlu nəticələr qazanılması üçün bütün tədbirlər görülür.Cənab Prezidentimizin göstərdiyi diqqət və qayğıya uyğun olaraq biz də Qobustan rayonunun timsalında doğma Azərbaycanımızın inkişafına öz töhfəmizi verməliyik. 2019-cu ilin birinci rübü Respublikamızda olduğu kimi Qobustan rayonunda da çox yüksək göstəricilərlə başa çatdırılmışdır.

     Rüb ərzində rayonda  37 milyon 352 min 200 manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bunun  30,2 faizi istehsal sahələrinin payına düşür. Ümumi məhsul buraxılışının həcmində sənaye məhsulları və göstərilmiş xidmətlər  1,3  faiz,  kənd təsərrüfatı 30,0  faiz, tikinti sektoru 6,9  faiz,  nəqliyyat sektoru 1,3  faiz,  poçt  və  rabitə xidmətləri 0,2  faiz, ticarət  60,3 faiz təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışının həcmi 4,8 faiz artmışdır.
  Bu artım kənd təsərrüfatında 0,4, tikinti sektorunda 53,5,  nəqliyyat sektorunda 3,9,  informasiya və rabitə sektorunda 8,0 və ticarət sektorunda 3,5  faiz  təşkil etmişdir.
2019-cu ilin birinci rübündə Qobustan rayonunun yerli gəlirlər üzrə büdcə proqnozu 123,6 faiz icra edilmişdir. Hüquqi şəxslərin əmlak vergisi 3,3 dəfə, hüquqi şəxslərin torpaq vergisi 53 faiz, Əlavə Dəyər Vergisi 9,3 faiz, dövlət rüsumu 23,4 faiz, sair daxilolmalar 2,2 dəfə artıqlaması ilə yerinə yetirilmişdir. Bununla yanaşı hüquqi şəxslərin mənfəət vergisi 90 faiz, sadələşdirilmiş vergi 73,5 faiz, torpaq icarə haqqı isə cəmi 18,1 faiz icra edilmişdir. Aidiyyəti şəxslər növbəti aylarda sadalanan tədiyyə növləri üzrə də planın 100 faiz icrasına nail olmaq üçün zəruri tədbirlər həyata keçirməlidirlər.

     Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə  “Azərbaycan Respublikası regionlarının    2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramda Qobustan rayonu üzrə 16 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlərdən artıq     7-nin icrasına başlanılmışdır. Çalışmalıyıq ki, Proqramda bizim üzərimizə düşən bütün vəzifələr vaxtında öz həllini tapsın. Yığıncaqda əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı sahəsində görülən işlər, habelə həllini gözləyən məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.     
      Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi Qalib Əsgərov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasından, qazanılan böyük uğurlardan, habelə qarşıda duran konkret vəzifələrdən danışıb.
  

 

 

Keçidlər