Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Çalov kənd sakinləri ilə səyyar görüş keçirdi.

25 iyun 2019 | 16:00

Qobustan rayon Çalov kənd ümumi orta məktəbdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Çalov kənd sakinləri ilə səyyar görüş keçirdi. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, aparatın şöbə müdirləri iştirak edirdi. Sakinlər çıxış edərək rayonumuzda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

 

Keçidlər