Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Ərəbşahverdi kənd sakinləri ilə səyyar görüş keçirdi.

24 iyun 2019 | 16:00

2019-cu il iyun ayının 24-də, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Ərəbşahverdi kənd sakinləri ilə səyyar görüş keçirdi.Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri iştirak edirdi. Sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

Keçidlər