Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon məktəblərində "Bilik Günü" qeyd edildi.

16 sentyabr 2019 | 16:00

Qobustan rayon məktəblərində "Bilik Günü" qeyd edildi. Qobustan şəhər 3 saylı məktəbdə "Bilik günü" münasibəti ilə tədbir keçirildi.Tədbirdə məktəbin Tarix müəllimi Şəhla Rəsulova aparıcılıq edirdi. Bilik günü münasibəti ilə təbriklərini bütün şagirdlərə qonaqlara valideynlərə, müəllimlərə çatdırdıqdan sonra ilk sözü məktəbin direktoru Əlibəy Abduləzizova verdi. Direktor öz çıxışında yeni dərs ilinin başlanması münasibəti ilə hər kəsi təbrik etdi və məktəbin 2018-2019-cu tədris ilindəki uğurlarından danışaraq yeni dəsr ilində qarşıda duran böyük məqsədlərdən söz açdı. Valideynləri məktəblə daim əlaqə saxlamağa çağırdı. Məktəbin müəllimlərindən Ə.Əsgərova, S.Məhərrəmova öz çıxışlarında şagirdlərin əsl vətəndaş kimi yetişməsi, vətənimizə layiq övladlar olması üçün görülən işlərdən danışdılar. Şagirdlərin hazırladığı "Bilik bayramı" və "Biz azərbaycanlıyıq" kompozisiyaları hər kəsin ürəyincə oldu. 

Keçidlər