Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Təsi kənd sakinləri ilə səyyar görüş keçirtdi.

18 oktyabr 2019 | 16:00

Qobustan rayon Təsi kənd ümumi orta məktəbdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Təsi kənd sakinləri ilə səyyar görüş keçirdi. Görüşdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin məsul işçisi Nəsir Muxtarlı, rayon İcra hakimiyyəti başçısının müavini, aparatın şöbə müdirləri iştirak edirdi. Sakinlər çıxış edərək rayonumuzda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

Keçidlər