Şriftin ölçüsü :

Saytın rəngi :

“Bayraq yürüşü”

08 noyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ilin noyabrın 18-də imzaladığı  sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu tarixdən etibarən Bayraq günü Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan azərbaycanlılar arasında daha da təmtəraqla qeyd edilir.
     Noyabrın 8-də Qobustan Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman idarəsinin, Təhsil şöbəsinin və Mədəniyyət şöbəsinin birgə təşkilatçılığı ilə Qobustan şəhərində Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayraq yürüşü” keçirilib.
    Tədbirdə rayon gəncləri, Təhsil və mədəniyyət sahəsinin adamları, ziyalılar, idmançılar, müəllim və şagirdlər və KİV nümayəndələri iştirak ediblər. Yürüş iştirakçıları Dövlət Bayrağı Meydanından yola çıxaraq Qobustan rayon Heydər Əliyev prospektindən Ulu Öndərin xatirəsinə ucaldılmış abidənin önünə qədər davam ediblər.

Keçidlər