Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon sakinləri 650 min ağac əkək təşəbbüsünə qoşulublar

06 dekabr 2019 | 16:00

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə Qobustan rayonunda da böyük coşqu ilə qoşulublar.
    Dekabrın 6-da digər şəhər və rayonlarımızda olduğu kimi, Qobustan rayonunda da minlərlə ting əkiləcək. (Qobustan rayonunda 2000 akasiya, 1550 ağcaqayın, 1300 göyrüş, 950 ərik, 600 nar, 200 badam, 200 zeytun tingi əkiləcək).
    Bayram əhval-ruhiyyəsində təşkil olunan bu genişmiqyaslı kampaniya çərçivəsində qabaqcadan ağacların əkiləcəyi ərazilərdə şum aparılıb, çalalar qazılıb və sahələr gübrə verilərək əkinə hazırlanıb.

 

 

Keçidlər