Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı ərazi icra nümayəndələri ilə video-müşavirə keçirib

04 may 2020 | 16:00

04.05.2020-ci il tarixində rayon icra hakimiyyəti başçısı aparatının inzibati ərazi dairələri üzrə nümayəndələrinin iştirak ilə video-müşavirə keçirilib.
Müşavirədə ölkədəki xüsusi karantin rejimi, yumuşaltma tədbirləri və sosial izoliasiya işləri müzakirə olunub. Bildirilib ki, prezident cənab İlham Əliyev tərəfindən vəzifəli şəxslərin qarşısında tələb qoyulub ki, koronovirus infeksiyasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər yerlərdə davam etdirilməli, ölkədə tətbiq olunacaq yumşaltma tədbirlərinə baxmayaraq kütləvi toplaşmaların, xüsusilə də mərasimlərin kütləvi keçirilməsinin qarşısı alınmalı, sosial izoliasiya tələblərinə əməl edilməlidir.
    Dövlət tərəfindən aparılan işlər, aztəminatlı ailələrə yönəlmiş sosail siyasətdən danışılan müşavirədə, yardım və müavinətlərin davam etdiriləcəyi bildirilib. Eyni zamanda qeyd edilib ki, bu sosial addımlardan öz maraqları üçün sui-istifadə halları yolverilməzdir və belə şəxslərə qarşı qanunamüvafiq qaydada ən sərt tədbirlər görüləcəkdir.

 


 

Keçidlər