Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda 2 Fevral - Azərbaycan Gəncləri Günü qeyd edildi.

02 fevral 2016 | 16:00

Qobustan rayonunda 2 Fevral - Azərbaycan Gəncləri Günü qeyd edildi.

    Qobustan  Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı  ilə  01 fevral 2016-cı il tarixdə Qobustan  Rayon İcra Hakimiyyətinin iclas zalında  “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə  rayon gənclərinin toplantısı keçirilmişdir.
     Tədbirdə  Qobustan  Rayon İcra Hakimiyyəti başçısı Adil Məmmədov, müavinləri Məharət Əkbərov, Təranə Güləliyeva, Yeni Azərbaycan Partiyasının Qobustan Rayon Təşkilatının sədri Füzuli Gülalıyev, Qobustan  Rayon Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov, YAP Qobustan  Rayon Gənclər Birliyinin sədri Daşqın Ağayev və rayonun  fəal gəncləri iştirak edirdilər.
    Tədbiri giriş sözü ilə açan Qobustan  Rayon Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov ilk öncə Müstəqil Azərbaycan gənclərini bu bayram günü və eyni zamanda birinci Gənclər Forumunun 20-ci ildönümü münasibətilə ürəkdən təbrik etdi, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzuladı.
    Daha sonra Qobustan rayon gənclər və idman idarəsinin gənclərlə iş, bədən tərbiyəsi və idman sahəsində görülən işlər və qazanılan nailiyyətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
    Sonra çıxış edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov qeyd etmişdir ki, Ulu öndərimiz Heydər Əliyev həmişə gənclərə böyük inam göstərmiş, onların qüvvəsinə güvənərək vurğulayırdı: “Gənclər cəmiyyətimizin əksəriyyətini təşkil edir, onlar bizim bu günümüz, həm də gələcəyimizdir. Biz Azərbaycan dövləti, xalqımız gənclərə böyük ümidlə baxırıq.”
     Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev bu gün bütün sahələrdə olduğu kimi, gənclər siyasətinin uğurla davam etdirilməsinə xüsusi diqqət göstərir. Dövlətin gənclər siyasəti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkşaf edir.
    Bu gün Azərbaycanda gəncliyin potensialına böyük önəm verilməsi, onların qayğı və problemlərinin həll olunması, istək və arzularının reallaşması üçün hər cür əlverişli şərait vardır.
   Daha sonra toplantıda çıxış edənlər  YAP Qobustan  Rayon Gənclər Birliyinin sədri Daşqın Ağayev, karate üzrə dünya çempionu Rzazadə İbad, R.Behbudov adına Qobustan şəhər İncəsənət məktəbinin direktoru Cəfərov Zaur, məşqçi-müəllim Səfərli Şəmsi və digərləri Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görüldüyünu qeyd etmişlər. Bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Dövlətimizin bütün sahələrdə həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyi xoşbəxt və firavan gələcəyə doğru addımlamaqdadır.
   Tədbirin sonunda təhsildə, idmanda, incəsənətdə, əməkdə fərqlənən gənclər  fəxri fərman və qiymətli hədiyyələr  ilə təltif olunmuşlar.

Keçidlər