Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil naziri Qobustanda vətəndaşları qəbul edib

08 fevral 2016 | 16:00

Təhsil naziri Qobustanda vətəndaşları qəbul edib
     Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq təhsil naziri Mikayıl Cabbarov 08 fevral 2016-cı il tarixdə Qobustan şəhərindəki Gənclər Mərkəzində Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarından olan sakinləri qəbul edib. Vətəndaşların əsasən işə qəbul, xaricdə təhsil, təhsil haqqı ilə əlaqədar müraciətinə baxılıb. Hər müraciət diqqətlə dinlənilib, əksər məsələlər yerində həllini tapıb.
    Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.

Keçidlər