Şriftin ölçüsü :

Saytın rəngi :

22 İyul "Milli Mətbuat Günü"dür

22 iyul 2020 | 16:00

   Əziz və hörmətli media nümayəndələri!

   Tarix və mədəniyyətimizə söykənərək Həsən bəy Zərdabi tərəfindən yaradılan "Əkinçi" qəzeti Azərbaycan milli mətbuatının uğurlu təməlidir. Bu gün mətbuatımız dünyaya açılan müasir informasiya resurslarına çevrilib. İnanırıq ki, qələminizdən çıxan hər bir kəlmə, informasiya yükü daşıyan istənilən məlumatla dövlətimiz və cəmiyyətimizin inkişafına xidmət etmək üçün əlinizdən gələni əsirgəmirsiniz.

   Əziz dostlar!
   22 İyul "Milli Mətbuat Günü" münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, sizə yaradıcılıq uğurları arzulayırıq!

   Bayramınız mübarək!

 

Keçidlər