Şriftin ölçüsü :

Saytın rəngi :

“2020-ci ildə dini icmaların fəaliyyəti və qarşıda duran vəzifələr”

30 dekabr 2020 | 16:00

30 dekabr 2020-ci il tarixində Qobustan şəhərində Qobustan rayonu İcra hakimiyyətinin və Dini Qurunlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsinin birgə təşkilatçılığı ilə “2020-ci ildə dini icmaların fəaliyyəti və qarşıda duran vəzifələr” mövzusunda onlayn tədbir keçirilmişdir.
   Tədbirdə Qobustan rayonu İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı A.H.Şikarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsinin əməkdaşı N.Babaşov,  rayonun dini icma sədrləri və din xadimləri   iştirak etmişlər.
   Tədbir şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Tədbiri giriş sözü ilə açan A.Şikarov  tədbir iştirakçılarını Vətən Müharibəsində qazanılmış  Qələbə münasibətilə təbrik etmişdir.
    O,  çıxışında cari ildə dini icmaların fəaliyyətini ətraflı  təhlil etmişdir. Qeyd etmişdir ki, 2020-ci ildə rayonun Poladlı, Yekəxana və Sündü kənd məscidləri dini icmaları  dövlət qeydiyyatına alınmış və bununla da rayonda fəaliyyət göstərən 21 kənd məscidindən 18-nin dini icmaları dövlət qeydiyyatına alınmışdır.
   A.Şikarov pandemiya dövründə dini icmaların öz fəaliyyətlərini,  bəzi xırda nöqsanlar istisna olmaqla, əsasən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına riayət etmək və o qərarları əhali arasında təbliğ etmək istiqamətində qurduqlarını qeyd etmişdir.  Yeni il ərzində də dini icma sədrlərinə və din xadimlərinə dini radikalizmlə və pandemiya ilə mübarizəni əsas diqqət mərkəzində saxlamağı tövsiyə etmişdir.
   N.Babaşov öz çıxışında gənclərimizi qeyri-ənənəvi dini cərəyanların təsirindən qorumaq məqsədilə profilaktik maarifləndirici tədbirlərin həyata keçirilməsinin vacibliyini dini icma sədrlərinin və din xadimlərinin nəzərinə çatdırmışdır.
   Mövzu ətrafında çıxış edən tədbir iştirak iştirakçıları sonda Azərbaycan xalqını, başda Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım olmaqla,  31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il  münasibətilə təbrik etmişlər.

 

 

Keçidlər