Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı qətliamı əsrin faciəsidir

26 fevral 2021 | 16:00

Xocalı qətliamı əsrin faciəsidir


Qobustan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə 22-25 fevral 2021-ci il tarixlərində "Xocalı qətliamı əsrin faciəsidir" mövzusunda məktəbli yeniyetmə və gənclər arasında inşa yazı müsabiqəsi keçirilmişdir. Bu müsabiqədə 25 nəfər, Q.Ələkbərov adına Çuxanlı kənd tam orta məktəbinin, Qobustan şəhər və Sündü kənd Mədəniyyət evinin “Bədii qiraət” dərnəklərinin üzvləri fəal iştirak etmişlər.
   25 fevral 2021-ci il tarixində Qobustan rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə “İrəli” İB tərəfindən lentə alınmış “Böyüməyən uşaqlar” film nümayiş olunmuşdur. Kovid–19 pandemiyasının davam etməsi nəzərə alınaraq filmin nümayişində 10 nəfər fəal gəncin iştirakı təmin olunmuşdur.

Keçidlər