Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz Elxan Bədəl oğlu Məmmədov!

15 may 2021 | 16:00

     Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uuğrunda Vətən Müharibəsində  qəhrəmancasına şəhid olan  Məmmədov Elxan  Bədəl oğlunun   doğum günü məzarı önündə qeyd olundu.
     Məmmədov Elxan Bədəl oğlu  15.05.1998-ci ildə Qobustan rayonu Cəyirli kəndində anadan olmuşdur.Orta təhsilini Cəyirli kənd tam orta məktəbində almışdır.
Elxan Məmmədov 2016-2018-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
    Azərbaycan Ordusunun əsgəri olan Elxan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elxan Məmmədov oktyabrın 11-də Füzuli döyüşləri zamanı ağır yaralanıb və 18 gün xəstəxanada müalicə aldığdan sonra oktyabrın 29-da şəhid olub. Qobustan rayonu cəyirli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

    44 günlük Vətən müharibəsində şanlı Qələbəmiz, Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi, igid əsgər və zabitlərimizin canı-qanı bahasına əldə olundu. Minlərlə can qurban oldu ki, müqəddəs Vətən torpağı yağı əsarətindən qurtulsun. Şəhidlərimizin başımız üzərindəki müqəddəs ruhları qanadlı mələyə çevrilib böyük sevgi ilə dolanır azad olan torpaqlarımızda.

Ruhları qarşısında baş əyirik!

Keçidlər