Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Qədirxan Əzizxan oğlu Qədirovun doğum günündə məzarı ziyarət edildi.

19 sentyabr 2021 | 16:00

19 sentyabr 2021-ci il tarixdə  tarixində Birinci Qarabağ müharibəsində Azərbaycan respublikasının suverenliyi və  ərazi bütövlüyü uğrunda şəhid olmuş Qədirov Qədirxan Əzizxan oğlunun doğum günü məzarı başında qeyd olundu.
19.09.1962-ci il tarixində Qobustan rayonun Sədəfli kəndində anadan olan Qədirov Qədirxan Əzizxan oğlu Ermənistanın işğalçı siyasəti nəticəsində  başlanan  Qarabağ savaşına qatılmış , döyüş əməliyyatlarında şücaətlə iştirak etmişdir.  11.01.1994-cü il tarixdə   Azərbaycanın ərazi bütövlüyünü qorumaq uğrunda qəhrəmancasına şəhid olmuşdur.
Qobustan rayon İcra Hakimiyyəti Başçısı Aparatının üzvləri şəhid Qədirxan Əzizxan oğlu Qədirovun doğum günündə məzarını ziyarət etmiş, məzarı üzərinə gül dəstləri qoymuşdur.
   Qobustan RİHBA-nın üzvləri ziyarətdə iştirak edən şəhidin ailə üzvləri ilə söhbət etmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirmiş, Vətənimiz üçün gərəkli övlad böyütdükləri üçün onlara təşəkkür etmiş və şəhid ailələri, 1-ci Qarabağ müharibəsini və   Vətən müharibəsi iştirakçıları  ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır.
   Şəhidin bacısı İnci Şirvanlı  dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldığını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını ifadə etmişdir

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər