Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdəki ilk doğum günün mübarək şəhidim.

17 oktyabr 2021 | 16:00

Cənnətdəki ilk doğum günün mübarək şəhidim.
2021-10-17

  Elyar Vəliyev 1991-ci il oktyabrın 17-də Qobustan rayonunun Sədəfli kəndində anadan olub.Azərbaycan  Ordusunun   giziri olan  Elyar  Vəliyev 2020-ci il  sentyabrın 27-də  Azərbaycan Respublikasının Silahlı Qüvvələri  tərəfindən  Ermənistan işğalı altında  olan  ərazilərin azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Xocavənd və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə  iştirak edib. Elyar Vəliyev və 40 nəfərdən ibarət olan qrup oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ almaq üçün ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Döyüşlər əvvəlcə Qubadlı rayonu istiqamətində olan əlverişli mövqelər uğrunda aparılmışdır. Qeyri-bərabər şəraitdə olan döyüşlərdə Ermənistan tərəfindən  150-200 hərbi qulluqçusu döyüşmüşdür. 7 saatdan çox davam edən ağır döyüşlər nəticəsində Elyar Vəliyev qəhrəmancasına şəhid olmuşdur.   24.10.2020-ci ildə Vəliyev Elyar Arif oğlu Qobustan rayon Sədəfli kəndində dəfn olunmuşdur.
  Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən şəhid Elyar Vəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
  Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən şəhid Elyar Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 
  Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Prezident cənab İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən şəhid Elyar Vəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
  Qobustan rayon İcra Hakimiyyəti başçısı Adil Məmmədov, Deputat Şahin Seyidzadə və Qobustan rayon Hərbi Komissarı şəhid Elyar Vəliyev Arif  oğlunun cənnətdəki ilk doğum günündə məzarı üzərinə gül dəstləri qoymuşdur. Sonra Qobustan rayon Sədəfli kəndində şəhid Elyar Vəliyevin böyüyüb boya-başa çatdığı evin qarşısında onun xatirəsinə tikilmiş barelyefin açılışı oldu.
   Qobustan RİHBA-nın üzvləri ziyarətdə iştirak edən şəhidin  valideyinləri  ilə söhbət etmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirmiş, Vətənimiz üçün gərəkli övlad böyütdükləri üçün onlara təşəkkür etmişlər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər