Şriftin ölçüsü :

Saytın rəngi :

VƏTƏN MÜHARİBƏSİNDƏ QOBUSTAN RAYON ŞƏHİDİ RZAYEV ADİL AKİF OĞLUNUN ANIM GÜNÜ

20 oktyabr 2021 | 16:00

Rzayev Adil Akif oğlu  20 avqust  1999-cu ildə Qobustan rayon Xilmillli kəndində  anadan olmuşdur.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi başladıqdan sonra  çağrışcı kimi səfərbərliyə cəlb olunmuşdur.
Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 20.10.2020-ci il tarixdə  Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Sumqayıt şəhər şəhidlər xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Prezident cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rzayev Adil Akif oğlu  ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Keçidlər