Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində Qobustan Rayon Şəhidi Hacıyev Sərxan Eldar oğlunun Anım Günü

23 oktyabr 2021 | 16:00

Vətən müharibəsində Qobustan Rayon Şəhidi Hacıyev Sərxan Eldar oğlunun Anım Günü

Hacıyev Sərxan Eldar oğlunun döyüş yolu.


Şəhid Sərxan Hacıyev 8 iyul 1990-cı ildə Qobustan şəhərində anadan olmuş
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün  Vətən müharibəsi başladıqdan sonra  30 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon Bölməsindən könüllü olaraq cəbhəyə yollanmışdır.  Füzuli rayonun işğaldan azad olunmağı üçün gedən döyüşlərdə iştirak etmiş.
Hacıyev  Sərxan 23 oktyabr 2020-ci il tarixində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Qobustan şəhərində dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan cənab İlham Əliyev  tərəfindən  15.12.2020-ci il tarixli sərəncamı ilə  şəhid  Sərxan Hacıyev  "Vətən uğrunda" medalı  ilə təltif edilib.

Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hacıyev Sərxan Eldar oğlu ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Keçidlər