Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan Rayon İcra Hakimiyyəti 2016-cı ilin 3 ayının yekunları barədə hesabat verir.

14 aprel 2016 | 16:00

Qobustan Rayon İcra Hakimiyyəti 2016-cı ilin 3 ayının yekunları barədə hesabat verir.

    14 aprel 2016-cı il tarixdə rayon İcra hakimiyyətinin akt zalında 2016-cı ilin 3 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib.İclası giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov qeyd edib ki,     Məlumunuz olduğu kimi aprel ayının 9-da möhtərəm Prezidentimizin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir. İclasda  Respublikamızın sosial-iqtisadi vəziyyəti təhlil olunmuş, birinci rübdə sosial-iqtisadi və ictimai-siyasi sahədə qazanılmış böyük uğurlar barədə ətraflı məlumat verilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
     İclasda ermənilərin bu ayın əvvəllərində qanlı təxribat törətdikləri və layiqli cavablarını almalarına diqqəti çəkən cənab Prezident bildirmişdir ki, “Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verəsi deyilik. Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın.
     Biz məsələnin sülh yolu ilə, siyasi yollarla öz həllini tapmasını istədiyimizi dəfələrlə bəyan etmişik. İstəyimiz odur ki, məsələ həllini tapsın. Ümid edirik ki, bu danışıqlar məsələnin həllinə gətirib çıxaracaq. Məsələnin həlli - erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdır, ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər”.
      Ölkəmizdə aparılan islahatlarla bağlı cənab Prezident bildirmişdir ki, bu islahatlar davam edəcək və 2016-cı il islahatlar ili olacaqdır. Ölkəmizdə yoxsulluğun və işsizliyin aradan qaldırılması, sosial müdafiə tədbirlərinin gücləndirilməsi, əhalinin ərzaq məhsulları ilə daxili imkanlar hesabına təmin olunması üçün ardıcıl tədbirlərin görüldüyünü diqqətə çatdıran cənab Prezident Respublikamız üçün ənənəvi sahələrin pambıqçılığın, baramaçılığın, taxılçılığın inkişafı ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
      Cənab Prezident bildirmişdir ki, “Sosial siyasət həmişə prioritet olmuşdur və olacaq. Birinci rübdə atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
      Onu da qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanda dinamik inkişaf təmin edilmiş, neftin qiymətinin 3-4 dəfə aşağı düşməsinə baxmayaraq, Azərbaycanda maaşlar və pensiyalar 10 faiz artırılmışdır.
     2016-cı ilin birinci rübündə rayonumuzda da bir sıra əhəmiyətli işlər görülmüşdür.
    2016-cı ildə rayon əhalisinin sayı artaraq 44853 nəfərə çatmışdır. Son illərdə rayonumuzda gedən sosial-iqtisadi inkişaf, yolların çəkilməsi, təbii qaz, elektrik enerjisi və içməli su təminatının yaxşılaşdırılması demoqrafik göstəricilərə öz müsbət təsirini göstərmişdir. Bu il rayona köçüb gələnlərin sayı artmaqdadır. Bu sahədə artıq müsbət dinamika vardır.
      Cənab Prezidentimizin göstərişinə əsasən Respublikamızın hər yerində olduğu kimi Qobustan rayonunda da bu ilin birinci rübündə abadlıq işləri üzrə 60, çoxmənzilli binaların təmiri üzrə 49, neft şirkətinin idarələri üzrə 54, “Azəravtoyol” üzrə 30,  “Azərişıq” ASC üzrə 6, Qobustan Sukanal idarəsi üzrə 5, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən isə 7 iş yeri olmaqla, ümumilikdə 212 ictimai iş yeri yaradılmışdır ki, bu iş yerlərində 184 vətəndaş müvafiq işlə təmin edilmişdir. Bundan əlavə Qobustan rayonunda su və kanalizasiya sisteminin qurulması üzrə layihənin həyata keçirilməsi işlərində 200-dən artıq rayon sakini çalışır.
       Möhtərəm Prezidentimiz tərəfindən aztəminatlı ailələrin mənzillə təmin olunması məqsədilə çoxmənzilli binaların tikintisi layihəsi çərçivəsində Qobustan şəhərində də 36 mənzilli binanın tikintisi nəzərdə tutulur ki, bu da həm aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzillə təmin olunmasına, tikinti işlərinin həcminin artmasına, yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaqdır. Binanın tikintisi məqsədilə şəhərdə 1,6 ha sahə ayrılmışdır.
     İqtisadiyyat Nazirliyi tərəfindən rayonun turizm potensialının yüksəldilməsi , özünümaliyyələşmənin təmin olunmasına köməklik məqsədilə şəhərdə 3 ulduzlu otelin tikintisi təklif olunmuşdur ki, bu məqsədlə 1,0 ha torpaq sahəsi ayrılmışdır. Əgər sahibkarlar tərəfindən təşəbbüs olarsa bunun üçün güzəştli şərtlərlə kreditin verilməsi də nəzərdə tutulur.
      Rayonda əhalinin sosial müdafiəsi məsələləri daim nəzarətdə saxlanılır. Novruz bayramı ərəfəsində İcra hakimiyyəti tərəfindən 513 nəfər ailəyə bayram sovqatı verilmişdir.
     2016-cı ilin birinci rübündə 2096 nəfərə sosial müavinət, 658 ailəyə Ünvanlı Dövlət Sosial Yardımı, 4619 nəfərə pensiya verilməsi təmin edilmiş, gecikmə hallarına yol verilməmişdir.
    Rayonda şəhid ailəsi və 2 nəfər Qarabağ əlili üçün fərdi mənzillərin tikintisi davam edir.     Rayonumuz aqrar rayondur. Biz ilk növbədə bu sahənin inkişafı ilə nailiyyət əldə edə bilərik. Bu ilin məhsulu üçün rayonumuzda 24625 ha sahədə taxıl əkilmişdir ki, bundan 14383 ha sahəsi buğda, 10242 ha sahəsi isə  arpadır. 198,5 ha sahədə isə yazlıq əkinlər əkilmişdir ki, bunun da 53,5 hektarını noxud və yem noxudu, 80,5 hektarını kartof, 44,5 hektarını tərəvəz, 20 hektarını isə yazlıq arpa təşkil edir.
    Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Qobustan rayonundan olan 40 nəfərlik məktəbli qrupu Quba, Qusar və Xaçmaz bölgələrində olmuşlar.
    Rayonumuzda əhalinin sağlamlığının qorunması istiqamətində də tədbirlər davam etdirilir. Məlumunuz olduğu kimi bu il də möhtərəm Prezidentimizin tapşırığı əsasında əhalinin tibbi müayinəsinə başlamışıq. Bu günə kimi 23265 nəfər tibbi müayinədən keçmişdir. Artıq demək olar ki, müayinə yekunlaşmaq üzrədir. Cənab Prezidentin hər bir sakinin ildə bir dəfə pulsuz tibbi müayinədən keçirilməsi tələbi çox mühüm əhəmiyyətə malikdir. Əhali ilə görüşlərdə sakinlər dəfələrlə bu mühüm tədbirə görə möhtərəm Prezidentə öz dərin minnətdarlıqlarını bildirmişlər.
      Cənab Prezidentin təşəbbüsü ilə “ASAN” xidmət  artıq bölgələrdə olaraq əhaliyə nümunəvi xidmətlər göstərir. 08.02.2016-cı il tarixdən 07.03.2016-cı il tarixə kimi səyyar “Asan xidmət” rayonumuzda olmuşdur. 1 ay ərzində xidmətə müraciət etmiş 1500-dən atıq vətəndaşa xidmət göstərilmişdir. Məruzə ətrafında müzakirələrdə Bölğə Təcrübə stansiyasının müdiri Atabəy Cahangirov, Maliyyə idarəsinin müdiri Elgün Qayıbov, Qobustan MRX-nın baş həkimi Emin Hüseyn, Baytarlıq idarəsinin rəisi İntiqam Balakişiyev.Rayon Məşğulluq  mərkəzinin direktoru Ərəstun İbrahimovVə Əhalinin Sosial Müdafiəsi mərkəzinin direktoru irşad Həsənov və başqaları   başqaları  ediblər.
     Cari və perespektiv inkişafla bağlı qərar qəbul edilib.

Keçidlər