Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda 9 may “Qələbə Günü” qeyd olunub

09 may 2016 | 16:00

Qobustan  rayonunda 9 may “Qələbə Günü” qeyd olunub
Qobustan  rayonunda  9 may “Qələbə Günü”   qeyd olunub.  Bayram tədbirində  1941-1945-ci il Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış  abidəyə gül dəstələri qoyuldu.
Tədbirdə  Qobustan RİHB-nin başçısı, RİH-nin əməkdaşları, ictimaiyyət nümayəndələri, idarə və müəssisələr iştirak ediblər. Tədbirdə Qobustan rayon icra başçısı Adil Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinin rəisi Polkovnik Mərdan Nəhmətov, rayon veteranlar şurasının sədri Abdülhəsən Ağayev və çıxış etdilər.
Çıxış edənlər alman faşizmi üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının  misilsiz xidmətləri olduğunu qeyd etdi. 1941-1945-ci illərdə 700 min nəfərə yaxın azərbaycanlının silaha sarılaraq faşizmə qarşı mübarizədə fədakarlıq  göstərdiyi diqqətə çatdırılıb. Böyük Vətən müharibəsi adlandırılan həmin qanlı savaşda arxa cəbhənin əməkçiləri də misilsiz xidmətlər göstərmişlər.
Qeyd edək ki, Qobustan rayonunda  hal-hazırda 9 nəfər Böyük Vətən müharibəsi iştirakçısı vardır. Onlar üçün RİH- in təşkilatçılığı ilə bayram sovqatları təşkil olunub, RİH-nin, Rayon Gənclər və İdman idarəsinin, Təhsil şöbəsinin nümayəndələri evlərə gedərək onların bayramlarını təbrik ediblər.Onlara Qobustan RİH-nin başçısının fəxri fərmanı və bayram sovqatları təqdim olundu.

Keçidlər