Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir.

27 may 2016 | 16:00

Qobustan rayonunda 28 May Respublika Gününə həsr olunmuş
           tədbir keçirilmişdir.

Qobustan  rayonunda Respublika Gününün 98-illiyinə həsr olunmuş tədbir  keçirilmişdir. Tədbirdə Qobustan RİH-nin başçısı Adil Məmmədov, RİH-nin əməkdaşları, ictimaiyyət nümayəndələri, idarə və müəssisələr istirak edirdi. Tədbirə  Ulu Öndərin abidəsi önünə  tər gül dəstələri qoyulması ilə başlandı. Tədbir iştirakçıları  H.Əliyev Mərkəzindəki kitab sərgisi ilə tanış oldular. Daha sonra tədbir Gənclər Mərkəzində davam etdi. Gənclər Mərkəzindəki tədbirdə ilk olaraq  dövlət  himni səsləndirildi,daha sonra Qobustan RİH-nin başçısı Adil Məmmədov çıxış edərək  bildirdi  ki, XX əsr Azərbaycan xalqının həyatında azadlıq və istiqlaliyyət uğrunda böyük mübarizələr əsri olub. Uzaqgörən xalqımız onu bu bəlalardan kimin xilas edəcəyini yaxşı bilirdi. 91 tanınmış ziyalı 1992-ci ilin 16 oktyabrında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyir. Bu tək  91 nəfər ziyalının müraciəti deyil, əslində yüzlərlə, minlərlə, on minlərlə, milyonlarla  azərbaycanlının öz xilaskarına müraciəti idi. 
      XIX əsr İsveçrə  ədəbi-bədii fikir tarixinin tanınmış simalarından olan Anri Fredrik  Amiyel maraqlı bir mülahizə irəli sürürdü: “Başqaları üçün çətin olan işi asanlıqla görən insan istedadlıdır. İstedadın görə bilmədiyi işi görən insan dahidir. Düşünürəm ki, Ulu Tanrı Ümummilli liderimiz Heydər Əliyevin simasında belə bir dahi şəxsiyyəti xalqımızdan əsirgəməmişdir. Bu mənada özümüzü xoşbəxt hesab edə bilərik. Böyük əminliklə deyə bilərik ki, özünün  müstəqilliyinə yenidən qovuşmuş  azərbaycan xalqı tarixin ən ağır, ən parlaq, həm də ən şərəfli səhifələrini dahi şəxsiyyət  ulu öndər Heydər Əliyevlə yazmışdır.
Bu gün  Heydər Əliyev siyasi məktəbinin Möhtərəm Prezidentimiz İlham Əliyev kimi istedadlı yetirməsi var. Bu gün biz hamımız Prezidentimiz  İlham Əliyevin ətrafında yumruq kimi birləşməliyik.
İHB-nin bu çıxışı alqışlarla qarşılandı. Daha  sonra  təhsil, idman, rayonun ictimai-siyasi işlərində xidməti olanlar RİH-nin fəxri fərmanları ilə təltif edildilər. Tədbir rayon mədəniyyət şöbəsi tərəfindən hazırlanmış  konsert proqramı ilə davam etdirildi.

Keçidlər