Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda keçirilən “ Son zəng “ tədbirləri

14 iyun 2016 | 16:00

14 iyun 2016-cı il tarixdə Qobustan rayonunun 27 ümumi və tam orta məktəblərində “ Son zəng “ tədbiri keçirildi. Keçirilən tədbirlərdə əvvəlcədən hazırlanmış bölgüyə uyğun olaraq  Rayon Təhsil Şöbəsinin və Rayon İcra Hakimiyyətinin əməkdaşları da yaxından iştirak etmişdir. Şəhər 1 saylı, şəhər 2 saylı, Çuxanlı, Bədəlli,  Təklə, Yekəxana, Təklə Mirzəbaba, Sündü, Cəmcəmli kənd tam orta məktəblərində keçirilən tədbirlər öz əhatəliliyi və rəngarəngliyi ilə daha çox diqqəti cəlb etmişdir.
    Qobustan şəhər 2 saylı tam orta məktəbdə keçirilən “ Son zəng “ tədbirində Rayon Təhsil Şöbəsinin müdiri Füzuli Gülalıyev və Rayon İcra Hakimiyyəti başçısının  müavini Təranə Güləliyeva iştirak etmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamışdır.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əlibəy Abduləzizov məktəbin  məzunlarını  təbrik edərək onlara müstəqil həyatlarında uğurlar arzuladı. Rayon İcra Hakimiyyəti başçısının müavini  çıxış edərək, məktəbin məzunlarını Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədovun adından təbrik edərək, dövlətimizin və ölkə Prezidenti cənab İlham Əliyevin təhsilimizə göstərdiyi diqqət və qayğıdan danışdı. Rayon Təhsil Şöbəsinin müdiri F.Gülalıyev Qobustan rayon məktəblilərinin qazandığı uğurlardan danışaraq, bu uğurların qazanılmasında Şəhər 2 saylı tam orta məktəbin kollektivinin də xüsusi əməyinin olduğunu qeyd edərək onlara yeni-yeni uğurlar arzuladı. Sonra F.Gülalıyev  məktəbin XI sinif şagirdi Rəvanə Bayramovanın “ Milli- mənəvi dəyərlər haqqında düşüncələrim “ mövzusunda keçirilən inşa müsabiqəsində Respublika üzrə birinci yeri tutduğunu qeyd edərək Rayon Təhsil Şöbəsinin qiymətli hədiyyəsini və Fəxri Fərmanı məzuna təqdim etdi.Tədbirdə məktəbin müəllimlərindən Dilarə Bağırovaya və Aytac Rəcəbovaya da Fəxri Fərmanlar təqdim olundu.. Sonra tədbir XI sinif şagirdlərinin və məktəb şagirdlərinin hazırladığı maraqlı ədəbi - bədii proqramla davam etdirildi.
    Okean Badayoğlu adına Bədəlli kənd tam orta məktəbində keçirilən “Son zəng” tədbiri  Vətən uğrunda gedən döyüşlərdə şəhid olmuş 4 məzunun xatirəsinin yad edilməsi ilə başlandı. Tədbirdə çıxış edən rayon Təhsil Şöbəsinin metodisti Səmid Bayımov məzunları təbrik edərək bildirdi ki, bu ilki son zəng tədbiri əlamətdar bir dövrə təsadüf edir. Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz aprel ayında düşmənə öldürücü zərbələr vurmuş, torpaqlarımızın xeyli hissəsini düşməndən azad etmişdir. Bu döyüşlərdə məktəbin məzunu Orxan Müstəcəbov qəhrəmanlıqla həlak olsa da, o, bu gün mənən bizim sıramızdadır.Belə oğulları olan Vətən heç zaman basılmaz . Məktəbin şagirdləri qəhrəmanlıq şüarları səsləndirdilər.
       Rayonun bütün ümumtəhsil məktəblərində təşkil olunmuş “Son zəng” tədbirləri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, tədbirlərdə səlahiyyətli nümayəndələr, veteranlar, qocaman müəllimlər, ağsaqqallar və valideyinlər yaxından iştirak etmişlər. Keçirilən tədbirlərdə yüksək əhval-ruhiyyə hiss olunmuşdur. Tədbirlər  son zəngin səsləndirilməsi ilə başa çatmış, məzunlar məktəbə əlvida demişlər.

Keçidlər