Şriftin ölçüsü :

Saytın rəngi :

QOBUSTANDA DÖVLƏT QULLUQÇULARI GÜNÜ QEYD EDİLİB

23 iyun 2016 | 16:00

Qobustan rayonunda  143 nəfər dövlət qulluqçusu fəaliyyət göstərir. Onların 25 nəfəri qadındır. Dövlət qulluqçuları sırasında gənclərin sayı üstünlük təşkil edir 3 nəfər dövlət quluqçusu ötən illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə ” medalı ilə təltif olunub. Rayon İcra Hakimiyyəti başçısının  müavini Məharət Əkbərov belə şərəfə bu ilki bayram ərəfəsində çatıb. Dövlət qulluqçuları bayramları keçiriləcək Bağ-Bağat Mərkəzinə gəlməzdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər..
     Təltif edilən rayon icra hakimiyyəti başçısının müavini Məharət Əkbərov giriş nitqi ilə tədbiri açıb. Sonra Qobustan Rayon icra Hakimiyyətinin başçısı Adil Məmmədov Azərbaycan  Respublikanın dövlət qulluqçularını təbrik etdi. Onlara gələcəkdə  çətin və şərəfli işlərində uğurlar arzuladı. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında qeyd edib ki, hər bir dövlət qulluqçusu xalqın xidmətçisidir və bu xidmət Prezident İlham Əliyevin tələbi səviyyəsində göstərilməlidir. Səkkiz nəfər dövlət qulluqçusu İcra Başçısının Fəxri fərmanları ilə təltif olundu.    Tədbirdə iştirak edən bütün dövlət qulluqçuları öz ürək sözlərin və xoş arzularını bildirdilər.
Tədbir Rayon mədəniyyət və turizm şöbəsinin ansanblının  maraqlı konsert proqramı ilə davam etdi.

Keçidlər