Şriftin ölçüsü :

Saytın rəngi :

“26 İYUN BMT-NİN NARKOTİKLƏRLƏ MÜBARİZƏ GÜNÜ” MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLDİ.

23 iyun 2016 | 16:00

23 iyun 2016-cı il tarixdə Qobustan rayon İcra Hakimiyyətinin, Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə şəhər 2 saylı tam orta məktəbin akt zalında yeniyetmə və gənclərin iştirakı ilə 26 iyun  “Narkotiklərlə Mübarizə Günü” münasibəti ilə tədbir keçirilmişdir.     

Tədbiri giriş sözü ilə Qobustan rayon Gənclər və İdman idarəsinin rəisi Qadir Əkbərov açaraq narkomaniyanın insanlara, xüsusilə gənc nəslə vurduğu zərərdən, Gənclər və İdman İdarəsinin əlaqədar təşkilatlarla birgə bu sahədə gördüyü işlərdən və keçirilən tədbirlərdən danışaraq qeyd etdi ki, bu işdə təkcə dövlət strukturları deyil, cəmiyyətimiz də fəal iştirak etməlidir.  Çox təəssüflər olsun ki, narkomaniya Azərbaycandan da yan keçməyib və yayılmaqdadır.. Ötən il respublikamızda 26 min 717 nəfər narkoman qeydə alınıb ki, onların da 60 faizdən çoxu gənclərdir.
      Sonra tədbir iştirakçılarına narkomaniyanın dəhşətlərindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.
      Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini,  ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Güləliyeva çıxış edərək cəmiyyətin sağlam inkişafına, mənəviyyatına, onun genefondu olan gəncliyinə ağır zərbə vuran narkomaniya ilə mübarizə  tədbirlərindən, bu məsələnin  Azərbaycan Dövlətinin ümumi siyasətinin əsas tərkib hissəsinə çevrilməsindən, bununla əlaqədar olaraq qəbul edilmiş Dövlət Proqpamlarının əhəmiyyətindən danışdı və belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini qeyd etdi. Rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov çıxış edərək, narkamaniya aludəçisi olan insanların hər sahədə olduğu kimi öz həyatlarını məhv etməklə yanaşı ətraflarında olan insanlar və cəmiyyət üçün real təhlükə olduğlarından , müasir dövrdə dini radikalizm cərəyanlarında belə  insanların üstünlük təşkil etdiyindən danışdı.
Qobustan Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili polis kapitanı Zaur Tağıyev narkomaniyanın ailələrə, eləcə də, cəmiyyətə vurduğu ziyanı, rayonda narkomaniya ilə mübarizə sahəsində polis şöbəsinin gördüyü işləri tədbir iştirakçılarının diqqətlərinə çatdırdı.
Rayon Təhsil Şöbəsinin metodisti Səmid Bayımov, rayon mərkəzi xəstəxanasının həkimi Rəsul Üzeyirov, məşqçi-müəllim İbad Rzazadə çıxış edərək bu ümumbəşəri bəlanın mənəviyyatımıza, milli-mənəvi dəyərlərimizə, dinimizə, adət-ənənələrimizə zidd olduğundan, böyüməkdə olan gənc nəslə vura biləcəyi zərərlərdən və onunla mübarizə yollarından danışdılar.
Tədbirə Qobustan rayon Gənclər və İdman idarəsinin rəisi Q.Əkbərov yekun vuraraq qeyd etdi ki, müstəqil  Azərbaycan dövlətinin  gələcəyi olan gənclərimizin hərtərəfli inkişaf etdirilməsi, onların sağlam düşüncəli, yüksək intellektual səviyyəli, əsl vətənpərvər kimi yetişməsi üçün ölkənin hər bir vətəndaşı, ziyalısı fəallıq göstərməlidir, artıq ciddi problemə çevrilməkdə olan narkomaniyanın qarşısının alınması üçün hər kəs öz qüvvə və bacarığını əsirgəməməlidir.

Keçidlər