Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə

Mərkəzi Rayon Xəstəxanası 125 çarpayılıq Mərkəzi Rayon Xəstəxanası, 50 çarpayılıq Sündü kənd sahə xəstəxanası, 25 çarpayılıq Təklə kənd sahə xəstəxanası, 12 kənd həkim ambulatoriyası və 6 feldşer mama məntəqələri vasitəsilə rayon əhalisinə tibbi xidmət göstərir.

125 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasında 35 çarpayılıq terapiya, 30 çarpayılıq cərrahiyyə, 25 çarpayılıq doğum, 25 çarpayılıq uşaq xəstəlikləri şöbəsi, 10 çarpayılıq infeksion palata fəaliyyət göstərir.
50 çarpayılıq Sündü kənd sahə xəstəxanasında 25 çarpayılıq terapiya, 15 çarpayılıq uşaq xəstəlikləri, 10 çarpayılıq doğum palatası vardır. 25 çarpayılıq Təklə kənd sahə xəstəxanasında isə 15 çarpayılıq terapiya, 5 çarpayılıq uşaq xəstəlikləri, 5 çarpayılıq doğum palatası vardır. Rayonu səhiyyə müəssisələrində 21 həkim, 92 orta tibb işçisi fəaliyyət göstərir.

Rayon Mərkəzi Xəstəxanasında 33 həkim, 5 orta tibb işçisi ştatı vakantdır. Əsasən terapevt, pediatr, mama-ginekoloq, dəri zöhrəvi, stomatoloq, psixiatrlara ciddi ehtiyac vardır.
 

Keçidlər