2023-cü ilin sentyabr ayında Qobustan rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla keçirəcəyi səyyar qəbulların qrafiki
28 avqust 2023 | 16:34
Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov sentyabr ayı ərzində rayonun 4 yaşayış məntəqəsində sakinləri səyyar qəbul edəcək.
Əhalini narahat edən problemləri yerində öyrənmək və onların operativ şəkildə həllinə nail olmaq üçün keçiriləcək səyyar qəbul zamanı vətəndaşların şikayət və təklifləri dinləniləcək, Qobustan Rayon İcra Hakimiyyətinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcək.