ELAN
“Qobustan rayonu İcra hakimiyyəti yanında yaradılan İctimai Şuraya
seçkinin təşkil edilməsi haqqında” Qobustan rayonu İcra hakimiyyəti başçısının 16 sentyabr 2020-ci il tarixli084 nömrəli sərəncamı ilə yaradılmış seçki komissiyasının
MƏLUMATI
Qobustan rayonu İcra hakimiyyəti yanında yaradılan İctimai Şuraya üzvlərin seçilməsi məqsədilə 2020-ci il oktyabr ayının 1-dən - 29-dək vətəndaş cəmiyyəti institutları tərəfindən namizədlərin irəli sürülməsi və qeydiyyatına başlanılacaqdır. Qeydiyyat müddəti 29 oktyabr 18-00-da başa çatacaqdır.
Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
Vətəndaş cəmiyyəti institutu müraciətinə ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:
1. şəxsiyyət vəsiqəsinin surəti;
2. namizədin tərcümeyi-halı;
3. namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti.
4. mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara namizədlərə münasibətdə şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).
5. Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.
Sənədlər Qobustan Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən seçki komissiyasına təqdim edilməlidir.