Şriftin ölçüsü :

Saytın rəngi :

Avqustun 05-i axşamdan 09-u gündüzədək bəzi yerlərdə  şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

04 avqust 2022 | 17:04

Bakıda və Abşeron yarımadasında

Avqustun 06-dan 09-u günüzədək şimal-qərb küləyinin 15-18 m/s, 06-07-də yarımadanın bəzi yerlərində arabir 20 m/s-dək güclənəcəyi gözlənilir. 06-08-də əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında

 

Avqustun 05-i axşamdan 09-u gündüzədək bəzi yerlərdə  şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi 06-08-də bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.  

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Keçidlər