Şriftin ölçüsü :

Saytın rəngi :

İyulun  05-dək  əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir.

30 iyun 2022 | 14:58

Bakıda və Abşeron yarımadasında

İyulun 01-dən 03-ü səhərədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, 02-si gündüz yarımadanın bəzi yerlərində arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında

İyulun  05-dək  əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu  düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, arabir 23 m/s, 02-də ayrı-ayrı yerlərdə arabir 25-30  m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi  çaylarından qısamüddətli  sel keçəcəyi ehtimal olunur.

Keçidlər