Şriftin ölçüsü :

Saytın rəngi :

İyun ayının ikinci ongünlüyünun sonunadək əsasən şimal və qərb rayonlarında  qeyri-sabit hava şəraiti davam edəcək

14 iyun 2022 | 16:28

İyun ayının ikinci ongünlüyünun sonunadək əsasən şimal və qərb rayonlarında  qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu  düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23  m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Keçidlər