Şriftin ölçüsü :

Saytın rəngi :

İyunun 29-dək əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir.

25 iyun 2022 | 07:52

Bakıda və Abşeron yarımadasında

 

İyunun 26-sı axşamdan 30-dək şimal-qərb küləyinin 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-28  m/s-dək güclənəcəyi gözlənilir.

 

Azərbaycanın rayonlarında

 

İyunun 29-dək əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu  düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30  m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Keçidlər