Şriftin ölçüsü :

Saytın rəngi :

Mayın 23-ü axşam şimal və qərb rayonlarından başlayaraq 26-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək

21 may 2022 | 08:25

Bakıda və Abşeron yarımadasında

Mayın 21-i günün ikinci yarısından 23-ü səhərədək cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, 23-ü axşam, 24-də  isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında

 

Mayın 21-i gündüz və 22-də cənub-qərb küləyinin arabir 15-20 m/s, 23-ü axşam, 24-də isə şimal-qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi, 23-ü axşam şimal və qərb rayonlarından başlayaraq 26-sı səhərədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Keçidlər