Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan  Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə seçki komissiyası yaradılmışdır.

06 dekabr 2022 | 14:28

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq  Qobustan Rayon İcra Hakimiyyəti başçısının 06 noyabr 2022-ci il tarixli 124 saylı Sərəncamı ilə Qobustan  Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə seçki komissiyası yaradılmışdır.

 İctimai Şuranın tərkibinin 9 nəfərdən ibarət olması nəzərdə tutlur.

 Namizədlərin irəli sürülməsi və qeydiyyatı 06 dekabr 2022-ci il tarixdən -06 yanvar 2022-ci ilədək aparılır.

  Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.

Vətəndaş cəmiyyəti institutu müraciətinə ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:

- şəxsiyyət vəsiqəsinin surətini;

- namizədin tərcümeyi-halını;

- namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surətini.

  Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.

  İctimai şuraya namizədliyini irəli sürmək istəyən şəxsin qeydiyyatı məsələsinə seçki komissiyası tərəfindən üç iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.

       İctimai Şuraya seçkilər namizədlərin irəli sürülməsi və qeydiyyatı başa çatdıqdan sonra 1 ay müddətində keçiriləcəkdir.

       Seçki ilə bağlı əlavə məlumatların əldə olunması üçün Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və Humanitar Məsələləri şöbəsinə müraciət edə bilərlər.

 

Qobustan Rayon İcra Hakimiyyəti

 

Keçidlər