Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə seçki komissiyası yaradılmışdır.11.02.2025

11 fevral 2025 | 17:33

      Azərbaycan Respublikasının “İctimai iştirakçılıq haqqında” 22 noyabr 2013-cü il tarixli 816-IVQ nömrəli Qanununa, Azərbaycan Respublikası Prezidentinin “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanunun tətbiqi barədə 16 yanvar 2014-cü il tarixli 89 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında 30 may 2014-cü il tarixli 171 nömrəli qərarına əsasən, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci maddəsinə uyğun olaraq Qobustan Rayon İcra Hakimiyyəti başçısının 11 fevral 2025-ci il tarixli 5-60/3-3-18/2025 nömrəli Sərəncamı ilə Qobustan  Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.

 

    İctimai Şuranın tərkibinin 5 nəfərdən ibarət olması nəzərdə tutulur.

 

    Namizədlərin irəli sürülməsi və qeydiyyatı 12 fevral 2025-ci il tarixdən -13 mart 2025-ci il tarixədək aparılır.

    Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.

   Vətəndaş cəmiyyəti institutu müraciətinə ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:

- şəxsiyyət vəsiqəsinin surətini;

 

- namizədin tərcümeyi-halını;

 

- namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surətini.

 

  Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.

 

  İctimai şuraya namizədliyini irəli sürmək istəyən şəxsin qeydiyyatı məsələsinə seçki komissiyası tərəfindən üç iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.

 

    İctimai Şuraya seçkilər namizədlərin irəli sürülməsi və qeydiyyatı başa çatdıqdan sonra 1 ay müddətində keçiriləcəkdir.

 

   Seçki ilə bağlı əlavə məlumatların əldə olunması üçün Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinə müraciət edə bilərlər (Əlaqə telefonu: 020-245-50-18; e-mail: mail@qobustan-ih.gov.az).

 

                                                                                  Qobustan Rayon İcra Hakimiyyəti

Keçidlər