Şriftin ölçüsü :

Saytın rəngi :

05 aprel 2026-cı il tarixdə Qobustan rayon şəhidi Müstəcəbov Orxan Ələsgər oğlunun anım günü qeyd olunub

05 aprel 2026 | 16:47

   05 aprel 2026-cı il tarixdə Qobustan rayon şəhidi Müstəcəbov Orxan Ələsgər oğlunun anım günü münasibətilə tədbir keçirilmişdir.
  Əvvəlcə şəhidin məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülmüş, əziz xatirəsi dərin ehtiramla yad edilmişdir. Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak etmişlər.
  Tədbirdə çıxış edənlər şəhid Orxan Müstəcəbovun həyat və döyüş yolundan bəhs etmiş, onun Vətən uğrunda göstərdiyi igidlikdən danışmışlar. Bildirilmişlər ki, Azərbaycan xalqı öz qəhrəman övladlarının xatirəsini daim uca tutur və onların şücaəti gənc nəsil üçün örnəkdir.
  Qeyd olunmuşdur ki, Müstəcəbov Orxan Ələsgər oğlu 1993-cü ildə Qobustan rayonunun Bədəlli kəndində anadan olmuş, orta təhsilini də burada almışdır. 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Orxan Ələsgər oğlu Müstəcəbov 2016-cı ilin Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlıq nümunəsi ilə yadda qalmış və Vətən uğrunda şəhidlik zirvəsinə ucalmışdır.
  Orxan Müstəcəbov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

Keçidlər