Şriftin ölçüsü :

Saytın rəngi :

05.04.2024-cü il tarixdə Şəhid Müstəcəbov Orxan Ələsgər oğlunun anım günü qeyd olundu.

05 aprel 2024 | 14:02

05.04.2024-cü il tarixdə Qobustan Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş​ üzrə Dövlət Komitəsinin (DİQDK) Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə anım tədbiri keçirilib.

Tədbirdə Qobustan rayon İcra hakimiyyəti başçısının müavini, Sosial iqtisadi inkişafın təhlili  və  proqnozlaşdırılması şöbəsinin müdiri Əkbərov Məharət, Qobustan rayon İcra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar  məsələlər  şöbəsinin müdiri Güləliyeva Təranə, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rövşən Dəmirov, Qobustan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə​ şöbəsinin əməkdaşı Nahid Babaşov, Qobustan RİHBA- nın əməkdaşları, YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, Qobustan RİH başçısının Bədəlli kəndi üzrə inzibati ərazi dairəsinin əməkdaşları, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, şəhidin döyüş yoldaşları, kənd sakinləri və məktəblilər iştirak edib.

 Müstəcəbov Orxan Ələsgər oğlu rayonun  Bədəlli kəndində anadan olmuş, orta məktəbi də burada bitirmişdir. 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsindən hərbi xidmətə yola düşmüşdür. Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur.

Keçidlər