Şriftin ölçüsü :

Saytın rəngi :

05.04.2025 - ci il tarixdə Qobustan Rayon Şəhidi Müstəcəbov Orxan Ələsgər oğlunun anım günü tədbiri.

07 aprel 2025 | 15:29

 05.04.2025 - ci il tarixdə Qobustan rayon şəhidi Müstəcəbov Orxan Ələsgər oğlunun anım günü tədbiri keçirilmişdir.

 Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial iqtisadi inkişafın təhlili  və  proqnozlaşdırılması şöbəsinin müdiri Əkbərov Məharət, Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar  məsələlər  şöbəsinin müdiri Güləliyeva Təranə, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rövşən Dəmirov, Qobustan RİHBA- nın əməkdaşları, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, kənd sakinləri və məktəblilər iştirak edib.

 Müstəcəbov Orxan Ələsgər oğlu rayonun  Bədəlli kəndində anadan olmuş, orta məktəbi də burada bitirmişdir. 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsindən hərbi xidmətə yola düşmüşdür. Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur.

Keçidlər