Şriftin ölçüsü :

Saytın rəngi :

05.10.2025 - ci il tarixdə Qobustan rayonunun Poladlı kəndində şəhid Mecdunov Xalid Zahir oğlunun il mərasimi keçirilmişdir.

06 oktyabr 2025 | 08:53

05.10.2025 - ci il tarixdə Qobustan rayonunun Poladlı kəndində şəhid Mecdunov Xalid Zahir oğlunun il mərasimi keçirilmişdir. Mərasimdə Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov,  hüquq mühafizə orqanlarının rəhbərləri, aparat əməkdaşları, şəhidin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və Poladlı kənd sakinləri iştirak etmişdir.

Mecdunov Xalid  Zahir oğlu 1995-ci il fevralın 20-də Qobustan rayonunun Poladlı kəndində anadan olub.

Mecdunov  Xalid 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun çavuşu olan Xalid Mecdunov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Xalid Mecdunov oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub. Qobustan rayonunun Poladlı kəndində dəfn olunub.
Azərbaycanın Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Mecdunov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Mecdunov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi
      Şəhidin valideyinləri anım mərasimindəki çıxışlarında vətən üçün Xalid kimi  övlad böyütdükləri üçün qururlu olduqların bildirmişdirlər və bütün şəhidlərmizin əziz xatirəsin yad etmişlər. Ölkə rəhbərliyi səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyev cənablarına öz təşəkkürlərin bildirmişlər.

Keçidlər