09 Oktyabr 2026-cı il tarixdə Nardaran kəndində Vətən müharibəsi şəhidi Baxışov Cahangir Əmrah oğlunun anım günü tədbiri keçirilmişdir.
09.10.2026-cı il tarixdə Nardaran kəndində Vətən müharibəsi şəhidi Baxışov Cahangir Əmrah oğlunun anım günü tədbiri keçirilmişdir.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Qobustan RİHBA-nın əməkdaşları, şəhidin ailə üzvləri,şəhid ailələri və Nardaran kənd sakinləri iştirak edirdilər. Tədbir zamanı şəhid Baxışov Cahangir Əmrah oğlunun məzarı ziyarət olunmuş, üzərinə gül dəstələri qoyulmuşdur.
Cahangir Baxışov 1 aprel 2001-ci ildə Qobustan rayonunun Nardaran kəndində anadan olmuşdur. Orta təhsilini doğulduğu Nardaran kənd məktəbində almışdır.
Cahangir Baxışov 2 aprel 2019-cu il tarixindən Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə başlamışıdr.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Cahangir Baxışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərə qatılmışdır. Cahangir Baxışov oktyabrın 9-da Xocavənd rayonu istiqamətində döyüşlər zamanı şəhid olmuş, Qobustan rayonunun Nardaran kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Baxışov Cahangir ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilmişdir.






