Şriftin ölçüsü :

Saytın rəngi :

09 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qobustan şəhər A.Qayıblı adına 3 nömrəli tam orta məktəbdə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı»nın Tədbirlər Planının 8.4.11-ci bəndinin icrası ilə əlaqədar narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə mövzusunda tədbir keçirildi.

09 oktyabr 2026 | 17:06

      09 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qobustan Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyasının təşkilatçılığı ilə Qobustan şəhər A.Qayıblı adına 3 nömrəli tam orta məktəbdə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı»nın Tədbirlər Planının 8.4.11-ci bəndinin icrası ilə əlaqədar narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə mövzusunda tədbir keçirildi.

     Tədbiri giriş sözü ilə açan Qobustan Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının katibi Aytən Əhmədova çıxış edərək bildirdi ki, narkomaniya insanın yalnız fiziki sağlamlığına deyil, onun mənəvi dünyasına, ailə münasibətlərinə, sosial həyatına və gələcək planlarına da ciddi zərər vurur. Bu bəlanın nəticələri bir insanın həyatı ilə məhdudlaşmır, bütövlükdə ailəyə və cəmiyyətə təsir göstərir. Buna görə də narkomaniyaya qarşı mübarizə yalnız hüquqi tədbirlərlə deyil, eyni zamanda maarifləndirmə, profilaktika və sağlam həyat tərzinin təşviqi ilə aparılmalıdır.

     Daha sonra Qobustan Rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Vüsal Məmmədov,

     Qobustan Rayon Mərkəzi Xəstəxanası səhiyyənin təşkili şöbəsinin müdiri Ramiz Hümbətov, Qobustan 1 saylı Mediasiya Təşkilatının direktoru, mediator Nemət Alcanov da sözügedən məsələ ilə bağlı çıxış edərək fikirlərini ifadə etdilər.

     Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər