“1 Mart - Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş "Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi" mövzusunda tədbir
27 fevral 2026 | 15:25
27.02.2026 - cı il tarixdə Qobustan rayonunda Qobustan Rayon İcra Hakimiyyəti, İdarə, müəssisə və təşkilatlar tərəfindən “1 Mart - Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş "Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi" mövzusunda silsilə tədbirlər keçirilmişdir.
“1 Mart - Ümumdünya Mülki Müdafiə Günü”, “Azərbaycan Respublikasının Mülki Müdafiə sistemi” və “Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması” ilə bağlı Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial - iqtisadi və memarlıq - tikinti məsələləri şöbəsinin müdiri Məharət Əkbərov tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.






